Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib”.
Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, namizədlərdən 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb: “Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb”.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.