9 C
Baku
Friday, December 13, 2024

Möcüzəvi bağlar

Kosmik bağ, Şotlandiya

Bu qeyri-adi bağ ildə yalnız bir dəfə ziyarətçililər üçün açılır. Bağ şəxsi mülkiyyətdir. Garden of Cosmic Speculation deyə adlanır. Onun ərazisində onlarla vizual kompozisiyalar var. Bu sənət əsərlərini Çarlz Cenks öz həyat yoldaşı Maqqi kesvik ilə birlikdə yaradıb.

Bağın yaradılma tarixi 1989-cu ill hesab olunur. O gündən etibarən bağ çox saylı ziyarətçilərini təbiətin və kosmosun, fizikanın, riyaziyyatın və figər elmlərin əlaqələrini göstərərək təəccübləndirməyə davam edir. Həyatın mənası haqqında düşünməyə vadar edir.

sad1

Keygenqof,Hollandiya

Müxtəlif rəng çalarları, milyonlarla rəngarəng zanbaq gülləri, parlaq vizual obrazlar və güllərdən rəsmlər… Bunları dünyanın ən gözəl və qeyri-adi gül parkında görə bilərsiniz. Orada yeni qara zanbaq “Cadügar” sortunu saymaq şərti ilə 7 milyona yaxın zanbaq gülü var. Bu gün də, Keygenqof sadəcə bağ deyil, həmçinin daimi sərgi yeri və güllərin satışı üzrə nəhəng ticarət mərkəzidir.

sad2

Pataya, Tayland

Bu möhtəşəm bağ Patayada yerləşir. Qeyri-adi görünüşünə görə turistlər arasında çox məşhurdu. Burada bütün mənzərələr, labirintlər, kiçik evlər möcuzə ilə doludu. Burada insan hər zaman, hansısa bir döngədən sanki pərilərin çıxacağını gözləyir. Suan Nonq Nuç adlanan bağın ərazisində müxtəlif kiçik evlər, açıq və qapalı restoranlar, üzmə basseynləri var. 240 hektardan böyük olan bağın ərazisi varlı ailə – mister və missis Noqnuç – tərəfindən 1954-cü ildə meyvə bağı kimi əldə edilmişdi.

Lakin bağın sahibi xarici səfərlərin birindən dönərkən burada floristik memarlıq dizaynının elementləri ilə dəbdəbəli tropik bağ salmaq fikrinə gəlir. 1980-ci ildə bağ ictimaiyyət üçün açılır və Suan Nong Nooch adını alır. O zamandan etibarən orada hər il Thai Culture and Cultural Shows şouları keçirilir. Hər gün bağa minlərlə insanın ziyarət etməsinə bxmayaraq, bağ yenə də ilk açıldığı gün kimi səliqəli və baxımlı görünür. Həmçinin hal-hazırda möhtəşəm bağda bir sıra nadir bitkilər yetişdirilir.

sad3Versal,Fransa

Dünyanın ən məşhur bağlarından biri olan Versal kral Lui XIV üçün salınmışdı. Onun “dizayner”i isə on yeddinci əsrin məşhur fransız landşaft memarı Andre le Notre olub. Bəzi güllər üçün taxçaların, bəziləri üçün isə təpələrin düzəldilməsi və Versal Bağının vahid görünüşünün formalaşması üçün nəhəng işlər aparılmışdı. İstixanaların, kanalların və fəvvarələrin yerinə daha öncə burada yalnız otlaqlar, bataqlıqlar və meşə var idi. Bağın salınması üçün lazım olan torpaq xərəklərdə nəql edilirdi, bitkilər bütün Fransadan arabalarda çatdırılırdı. Minlərlə insan bu çiçəkli-landşaft möcüzəsinin yaradılmasında iştirak edirdilər.

sad4

Braziliya Botanika Bağı

“Jardim Botânico Fanchette Rischbieter” bağı və yaxud Kuritubanın Botanik Bağı Cənubi Braziliyanın ən bğyük şəhərlərindən biri olan Kurituba şəhərində yerləşir. Onun ərazisində tələbələr üçün olan şəhərcik tikilib. Bağın girişində yerləşən istixananın ərazisi 458 kvadrat metrdir. Orada bir çox ekzotik bitkilərin nümunələri var.

sad5

Son xəbərlər
Digər xəbərlər