17.4 C
Baku
Friday, May 16, 2025

94 yaşlı Baffet təqaüdə çıxma səbəbini açıqlayıb

Amerikalı maliyyəçi Uorren Baffet “The Wall Street Journal”a uzun müsahibə verib və bu müsahibədə təqaüdə çıxmasının səbəblərindən və bu yaşda dünyanın ən böyük investisiya şirkətlərindən birində işləmək hisslərindən danışıb.

Vəzifəsini tərk etmək qərarına necə gəldiyini və qocaldığını nə zaman hiss etdiyini sualına Baffet belə cavab verib: “Xüsusi sehrli an yox idi. 90 yaşıma qədər özümü həqiqətən qocalmış hiss etmirdim. Bununla belə, əlbəttə ki, yaşlayaşanda bunu hiss etməmək mümkün deyildir”.

Uorren Baffet həmçinin bəzən müvazinətini itirməyə və insanların adlarını unutmağa başladığını etiraf edib. Mayın əvvəlində o, ilin sonuna qədər baş direktor vəzifəsini tərk edəcəyini açıqlamışdı.

Hazırda cənab Baffetin sərvəti 160 milyard dollar olaraq qiymətləndirilir ki, bu da onu dünyanın altıncı ən varlı adamı edir.

Son xəbərlər
Digər xəbərlər