“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2021-ci il ərzində 206 xarici ticarət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov məlumat verib.
Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Qeyd edək ki, “Yaşıl dəhliz” buraxılış sistemi xarici ticarət iştirakçılarına aşağıdak üstünlükləri verir:
- Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
- Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
- Mimimum fiziki yoxlamalar
- Gömrük ekspertizasının prioritet qaydada aparılması
- Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
- Xarici ticarət üzrə təlimlərdə iştirak
- İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
- Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi.