ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasimi “PBS NewsHour” proqramında “Twitter” sosial şəbəkəsində canlı yayımla 6 milyon 824 min insan tərəfindən izlənilib.
“Variety” nəşrinə istinadən xəbərə görə, bu, həmin sosial şəbəkə üçün rekord nailiyyət olub.
Yayımın piki Trampın andiçmə mərasiminə düşüb. Onu eyni zamanda 377 min nəfər izləyib. Buna qədər isə “Twitter”də “BuzzFeed”in göstərdiyi 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri ən baxımlı yayım olub. O zaman bu videonu 6 milyon 800 min nəfərə yaxın adam izləyib.