Bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | İnvoysda göstərilən qiymət | Real qiymət | Fərq | |
1 | “İmperial Ceramic Centre” MMC | 14545,14 AVRO | 33400,32 AVRO | 18855.18 AVRO |
2 | Mamedov Məmməd Oktay oğlu | 62196 ABŞ dolları | 290830 AVRO | 251642.89 ABŞ dolları |
3 | “Prestij-S.E” MMC | 1792.80 ABŞ Dolları | 14566 AZN | 11139.77992 AZN |
4 | Seyidquliyev Rövşən Arif oğlu | 26720 ABŞ dolları | 50050 ABŞ dolları | 23330 ABş dolları |
5 | “Vitol-L Group” MMC | 42000 ABŞ dolları | 88200 ABŞ dolları | 46200 ABŞ dolları |
6 | Abbasov şənlik Fəxrəddin oğlu | 25896 ABŞ dolları | 55960 ABŞ dolları | 30064 ABŞ dolları |
7 | “Avrosof” MMC | 41890 ABŞ dolları | 75000 ABŞ dolları | 33110 ABŞ dolları |
8 | LOTOS-2016 MMC” | 31375.4 AZN | 60567.35 AZN | 29191.95 AZN |