9 C
Baku
Thursday, December 12, 2024

İpoteka Fondu sığortaçı seçir

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) inzibati binasının və burada yerləşən əmlakının (Lot-1), eləcə də avtonəqliyyat vasitələrinin (Lot-2) sığortalanması üzrə tender elan edib.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, hər lot üzrə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 10-na qədər, tender təklifini isə martın 29-na qədər Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 40 ünvanına təqdim etməlidirlər. Telefon: (012) 441 24 23 (daxili 111);

Təkliflərə martın 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlhiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər