“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında qanun yaranmış borclar üzrə sahibkarlara hesablanmış faizlər və maliyyə sanksiyalarının tam silinməsi, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinmələr üçün şans verilib”.
“Vergilər” qəzetinə istinadən xəbərə görə, bu sözləri müsahibəsində nazirliyin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.
“Yanvarın 16-a qədər 96 min vergi ödəyicisinin 727 milyon manat həcmində vergi borcu silinib, daha 26 min 700 ödəyiciyə isə 357 milyon manat həcmində vergi borcunun silinməsi üçün vaxt verilib”, – deyə nazirliyin rəsmisi qeyd edib.
Onun sözlərinə görə, indi əsas iş sahibkarların üzərinə düşür, onlar bu imkanlardan maksimum yararlanmalıdırlar:
“Öz fəaliyyətlərini yeni tələblərə uyğun qurmalı, uçot sahəsində şəffaflığı təmin etməli və vergi öhdəliklərini vaxtında yerinə yetirməlidirlər”.