Daxili Audit Departamentinin, ” Müştəri Xidməti Strukturlarının Auditi ” şöbəsinin baş auditoru
Namizədə olan tələblər:
- Ali iqtisadi-hüquqi təhsil;
- Bankda və ya maliyyə sektorunda ən azı 3 il iş təcrübəsi (audit, risk və daxili nəzarət sahəsində ən azı 1 il olmaqla);
- MBNP və Mərkəzi Bankın normativ xarakterli aktlar və təlimatlarını bilmək;
- Daxili Audit və Korporativ idarəetmə standartlarını bilmək;
- Banklar haqqında qanunu bilmək;
- Mülki, Əmək və Vergi Qanunvericiliyinin bank ilə əlaqəli müddəalarını bilmək;
- Yerli, Beynəlxalq Mühasibatlıq standartları və Maliyyə hesabatları bilikləri;
- Office proqramlarında, xüsusən Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Mühasibatlıq və digər bank kurslarının sertifikatlarının olmasına üstünlük verilir;
- Komandada işləmək bacarığı;
- Digər daxili orqanlarla yüksək kommunikasiya bacarığı;
Vəzifə üzrə əsas fəaliyyət:
- Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlarının, bankdaxili prosedurların, qaydaların və təlimatların bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq;
- Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparmaq;
- Bankın bütün strukturları üzrə əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
- Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditini aparmaq;
- Bankın maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin auditini aparmaq;
- Məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
- Departamentin iş planından əlavə olaraq Departament rəhbərinin tapşırığı ilə bankın hər hansı bir strukturunun və bank fəaliyyətinin hər hansı bir sahəsinin auditini aparmaq;
- Auditlər zamanı aşkar edilmiş istisnalar və problemləri onlar haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmalar etmək;
- Müştərilərin hesab qalıqları üzrə təsdiqnamələrin vaxtında bitirilməsini və müvafiq məzmuna malik olmasını nəzarət edərək təsdiq etmək;
- Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi