2 C
Baku
Saturday, December 14, 2024

Qeyri-adi kitab tərtibatları

Kitablar arasında heç zaman öz dəyərini itirməyəcək əsl incəsənət nümunələri.

İnsanlar gündəlik olaraq kitablarla qarşılaşırlar. Bu gün elektron kitabların sayı da durmadan artır. Amma nəşr edilən kitablar arasında elə poliqrafik şedevrlərlə rast gəlirik ki, onların yanından sadəcə laqeyd ötüb keçmək qeyri mümkündür. Onları oxuyur, kolleksiya toplayır, hədiyyə edirlər, axı yaxşı kitab həmişə ən dəyərli və nəcib hədiyyələr sırasında yer alır.

Belə deyirlər ki, kitablar haqqında onların üz qabığına görə mühakimə yürütmək olmaz. Amma, biz bu dəfə sizin cildlər və üz qabıqları haqqında bütün təsəvvürünüzü dəyişəcək, ən heyrətamiz dizayner kitablarını nəzərdən keçirəcəyik.

Rey Bredberinin «Faranqeyt üzrə 451 dərəcə» kitabının qeyri-adi tərtibatı

451gradus

Oxudun— yandırdın.

451 °F – vərəqin alışdığı temperaturdur. Kitab özü isə -hökumətin əmri ilə oxunulması qadağan edilən kitablar haqqındadır, belə kitablar yandırılmağa məhkumdur.

360° dərəcə kitabı

360grads360gdrAğbəniz nağılı haqqında yaponiyalı rəssam Yusuke Oono tərifndən hazırlanmış üç ölçülü nağıl kitabı kitabın belə tərtibatı oxucuların diqqətini nəinki öz məzmunu, həm də xarici görünüşü formatı və ilə cəlb etmək imkanı verir.

Snup Doqun Rolling Words kitabı

5197005 R3L8T8D 600 RollingWords Book5196905 R3L8T8D 600 RollingWords

Bir səhifəni qopar – papiros çək

Cib ölçüsündə olan bu kitab “Sözlər- dolama siqaretlər” (Rolling Words) adlanır. Kitabın içərisi dolama siqaret çəkmək üçün nəzərdə tutulan adi kağızlardan hazırlanıb. Onların üzərinə orqanizmə ziyanı olmayan mürəkkəblə müxtəlif mahnıların sözləri yazılıb. Bütün vərəqlər punktirli xətlə haşiyələnib ki, onları qopartmaq asan olsun. Kitabın cildi çətənədən hazırlanıb, kitabın kötük hissəsi isə kibrit qutularının kənarları kimi kükürd zolağı formasında düzəldilib.

Yüz min milyard şer

5197105 R3L8T8D 600 sonet
Raymond Kvinaunun kitabında cəmi 10 sonet toplanıb, amma onlarda hər biri uzunluğu sətir boyda olan nazik zolaqlar formasında kəsilib. Oxucu bu zolaqları istədiyi qaydada kombinasiya edə bilər, bu zaman qafiyə baxımından heç bir fərq yaşanmasa, şerlər tamamı ilə gözlənilməz, yeni məna çalarları əldə edirlər. Əgər oxuyucu bütün mümkün kombinasiyaları yoxlamaq və onları gün ərzində möhkəm oxumaq istəsə, bundan ötrü ona təxminən 200 000 il lazım olacaq.

Heykəltəraş kitabları Brayan Dettmer

Brian Dettmer 1Brian Dettmer 3Brayan Dettmerin ləqəbi — «kitab qatilidir». O, “book –carving” ilə məşğuldur, bir növ kitabları doğramaqla, onların içalatını çıxarır. Bundan ötrü ona cərrah bıçağı, neştər, pinset, qayçı və kitab lazımdır. Nəticədə isə müasir incəsənət nümunələri yaranır.

Dünyada ən böyük kitab

5143105 R3L8T8D 600 kniga 0002

«The Codex Gigas» bu kitabın orijinal adıdır, amma o, həm də «İblisin Bibliyası» adı məşğuldur. Onun kim tərəfindən və nə məqsəd ilə yazılması hələ məlum deyil.

Əfsanəyə görə onu rahiblik prinsiplərinin pozulması görə məhbus edilmiş rahib yazıb. O, and içib ki, cəmi bir gecəyə dünyanın ən böyük əlyazmasını yazacaq.

O, başa düşəndə ki, öz andını yerinə yetirmə bilməyəcək, kömək üçün iblisə yalvarmağa başlayır və iblis onun yalvarışını eşidir və ona haray verir.

Dünyanın ən balaca kitabı

7512705 R3L8T8D 600 7359005 R3L8T8D 600 smallestbook

«Bütün bitki və çiçəkləri almanaxı» kitabın ölçüsü cəmi 75 mm-dir. Kitabı həm də “Dörd fəslin çiçəkləri” adlandırırlar. O, Yaponiyanın bitki və çiçək aləmi haqqında sorğu kitabçasıdır. Kitab səkkiz ay ərzində yaradılıb.

Saat kitablar

7512855 R3L8T8D 600 03

Üç kitabdan ibarətdir. Bu kitablar xaricdən saat funksiyasını yerinə yetirir. 3 və 9 rəqəmləri zaman oriyentasiyasını tutmağa imkan verir. .

Dəlikli kitab

5147505 R3L8T8D 600 4398c754d85147405 R3L8T8D 600 e3f0a1add7

Yazıçı D. C. Foer əz əsərinin nümunəsində, hiper-mətinin nə olduğunu göstərməyə çalışıb.

Qəhvə ləkələri olan kitab

7512355 R3L8T8D 600 01

Marta Hedenin müəllifi olduğu və qeyr-adi tərtibata malik bu kitab qəhvənin insan orqanizmi üçün olan faydasından bəhs edir.

Gerschreven Portretten kitabları

7510555 R3L8T8D 600 writtenportraits02

Bu kitablar müxtəlif insanların tərcümeyi-hallarına həsr olunub. Yəni hər bir kitab taleyinə həsr olunduğu məşhur insanın başı formasında düzəldilib. Belə fövqəladə tərcümeyi-hala cəmi 4 insan layiq görülüb. Bunlardan biri Anna Frank yəhudi qızdır, o bütün dünyaya faşizm dəhşətlərindən bəhs edən gündəliyi ilə məşhurdur, ikinci kitab məşhur niderlandlı futbolçu Lui Van Qala həsr olunub. Üçüncü kitab iran-holland mənşəli nasir, şair və publisist Kader Abdul haqqındadır. Sonuncu kitab isə dahi rəssam Vinsent Van Qoqa həsr olunub.

Dua kitabı (Pravoslav xristianlarda)

7511955 R3L8T8D 600 68471836 1293559433 ec060a

15-ci əsrdə dönüş nöqtələrindən biri də Nikol Blair tərəfindən yazılmış “Dua kitabıdır”. Bağlı şəkildə kitab badam formasında olur, lakin kitab açılanda bu forma dəyişərək “balaca ürəyə” bənzəyir.

Son xəbərlər
Digər xəbərlər