Yəqin ki, hamınız saqqızın dişlər və ağız boşluğu üçün olan faydalı tərəfləri haqqında artıqlaması ilə reklamlardan eşitmisiniz. Amma ki, onun başqa xeyirli xüsusiyyətləri də vardır. Saqqız çeynəmək müəyyən tapşırığın həllində lazım olan diqqət konsentrasiyanı artırır, xüsusən də əgər məsələnin həlli yaddaşı isə salmağı tələb edirsə.
Deyilənləri sübut etmək üçün balaca bir təcrübə aparılıb. Eksperimentdə 28 könüllü iştirak edib. Onları iki qrupa bölüblər. Hər bir qrup 10 dəqiqə ərzində 1-dən doqquza qədər olan rəqəmlərə təsadüfi ardıcıllıqda qulaq asmalı idi. Təcrübədə iştirak edənlərə verilən tapşırıq isə sadə və cüt rəqəmlərin hansı ardıcıllıqda işləndiyini müəyyən etmək idi, məsələ 7-2-1. Qruplardan biri təcrübə müddətində saqqız çeynəyirdi.
Ümumilikdə saqqız çeynəyən iştirakçılar daha cəld reaksiya verir və daha yaxşı nəticə göstərirlər, nəyinki saqqız çeynəyənlərə.
“Nə qədər təəccüblü olsa da, saqqız çeynəyən könüllülər əvvəlcə tapşırığın öhdəsindən daha yaxşı gəlirdi. Amma sona doğru onların nəticələri əhəmiyyətli dərəcədə pisləşir” –Kardiff universitetindən Keyt Morqan bildirir. .
“Bu o deməkdir ki, saqqız bizə daimi diqqət tələb edən və daha uzun müddət ərzində davam edən tapşırıqlarda fikrimizi konsentrasiya etməyə kömək edir” –Keyt sözlərinə əlavə edir.