KASKO sığortası, avtomobilinizi sığortalaya bilməyiniz üçün sizə təklif olunan sığorta növüdür. Bu zaman sizin sığortalamaq istədiyiniz avtomobilin məlumatları, daha dəqiq desək, marka və modeli, buraxılış ili, dövlət nömrə nişanı, ban nömrəsi, şassi nömrəsi, mühərrik nömrəsi, avtomobildə mövcud olan zərərlər və s. lazım olacaq.
Kasko sığortasında adətən maksimal limit maşının dəyəri qədər olur. Hadisə baş verdiyi zaman ümumi məbləğdən nə qədərinin ödənilməsi seçilmiş franşizə görə dəyişir. Franşız sığortaçının zərərin bir hissəsini ödəmək məsuliyyətindən azad olması mənasına gəlir, məsələn əgər franşız 100 AZN olaraq götürülürsə, onda ümumi məbləğdən 100 AZN çıxıldıqdan sonra yerdə qalan məbləğ tam şəkildə sığorta sahibinə ödənilir.
Belə ki, 100 AZNdən başlayaraq xərclərə baxılır. Franşizin dəyəri nə qədər yüksəkdirsə, sığorta haqqı bir o qədər aşağı düşəcək. Sığorta haqqına gəldikdə isə bu müxtəlif sığorta şirkətlərində müxtəlif tariflərlə sığortalanan avtomobilin qiymətindən asılı olaraq dəyişir. Təqribən 20 000 – 25 000 AZN məbləğində olan 2009-cu ildə buraxılmış avtomobilin sığorta haqqı və əlavə şərtləri üçün aşağıdakı cədvələ nəzər sala bilərsiniz.
Sizdə müxtəlif meyarlı avtomobillərin sığorta haqqını hesablamaq istəsəniz, sığorta şirkətinin online hesablama kalkulyatoruna meyarları daxil etməklə öyrənə bilərsiniz.
N |
Sığorta şirkəti |
Sığorta müddəti |
Franşız |
Sığorta haqqı |
1 |
AXA MBASK |
12 ay |
100 AZN |
1002 AZN |
2 |
Standart İnsurance |
12 ay |
100 AZN |
1000 AZN |
3 |
Rəvan Sığorta |
12 ay |
100 AZN |
875 AZN |
4 |
İpək Yolu sığorta |
12 ay |
100 AZN |
875 AZN |
5 |
Qarant sığorta |
12 ay |
100 AZN |
832AZN |
6 |
A-GROUP sığorta |
12 ay |
100 AZN |
800 AZN |
7 |
Ata sığorta |
12 ay |
100 AZN |
760 AZN |
8 |
Alfa sığorta |
12 ay |
100 AZN |
750 AZN |
9 |
Atəşgah sığorta |
12 ay |
100 AZN |
750 AZN |
10 |
Beynəlxalq sığorta |
12 ay |
100 AZN |
750 AZN |
11 |
Buta sığorta |
12 ay |
100 AZN |
750 AZN |
12 |
Azsığorta |
12 ay |
100 AZN |
750 AZN |
13 |
Paşa sığorta |
12 ay |
100 AZN |
750 AZN |
14 |
Bakı sığorta |
12 ay |
100 AZN |
637 AZN |
15 |
Mega sığorta |
12 ay |
200 AZN |
875 AZN |
16 |
Xalq sığorta |
12 ay |
250 AZN |
750 AZN |
17 |
ASB sığorta |
12 ay |
250 AZN |
750 AZN |
18 |
Başak İnam sığorta |
12 ay |
300 AZN |
750 AZN |
19 |
Azərsığorta |
12 ay |
300 AZN |
625AZN |