Plastik kartların yüksək dərəcəli müdafiəsi olduğundan onların istifadəsi nağd pulların istifadəsindən daha rahat və etibarlıdır. Plastik kartların vacib üstünlüklərindən biri də siz xaricdə olarkən belə kartınızdan istifadə edə bilərsiniz və bununla bağlı banka xəbərdarlıq etməyə ehtiyac duyulmur. Bu kartlara misal olaraq, visa classic kartını göstərmək olar. Kartın köməyilə siz bütün xərclərinizi, çox rahat şəkildə ödəyə bilərsiniz.
Visa classic kartından siz kredit kartı kimi istifadə etmək üçün aldıqda kartın şərtlərinə diqqət yetirməlisiniz. Çünki hər bank təklif etdiyi faizlər, maksimal məbləğ, illik faiz və s. görə bir birindən fərqlənir. Kartı əldə etmək üçün sizdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunacaq. Əgər zaminə ehtiyac olarsa, sizinlə birlikdə zaminin də şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı tələb olunacaq. Kredit kartı istifadə etdiyiniz zaman siz bankın kredit kartınıza qoyduğu maksimum məbləğə qədər alış-veriş və yaxud ödəniş edə bilərsiniz.
Qeyd edək ki, Bank of Azerbaijan və Zamin Bank kredit prosesini müvəqqəti dayandırdığı üçün, Bank of Baku isə telefon vasitəsilə cavab vermədiyindən reytinqdə qeyd olunmayıblar.
N |
Bankın adı |
Max məbləğ |
Max müddət |
Kartın qiyməti |
İllik faiz |
Güzəşt müddəti |
Komisyon haqqı |
Zamin |
1 |
Beynəlxalq Bank |
2 000 |
12 ay |
25 AZN |
22% |
30 gün |
1,5% |
Tələb olunmur |
2 |
Amrahbank |
3 000 |
12 ay |
25 AZN |
24% |
– |
5% |
1 zamin |
3 |
Bank Technique |
3 000 |
12 ay |
30 AZN |
24% |
30 gün |
0,5% |
1 zamin |
4 |
Bank VTB |
5 000 |
24 ay |
20 AZN |
25% |
45 gün |
2% |
1 zamin |
5 |
Bank Respublika |
3 000 |
12 ay |
pulsuz |
25% |
45 gün |
1% |
1 zamin |
6 |
Rabitəbank |
5 000 |
12 ay |
25 AZN |
26% |
30 gün |
1% |
1 zamin |
7 |
NBC Bank |
3 000 |
12 ay |
30 AZN |
26% |
– |
1% |
Tələb olunmur |
8 |
DəmirBank |
3 000 |
12 ay |
pulsuz |
27% |
40 gün |
1% |
1 zamin |
9 |
Ata Bank |
5 000 |
12 ay |
pulsuz |
28% |
37 gün |
1% |
1 zamin |
10 |
Expressbank |
3 000 |
12 ay |
17AZN |
28% |
– |
2% |
1 zamin |
11 |
AG Bank * |
5 000 |
12 ay |
21 AZN |
30% |
35 gün |
1% |
1 zamin |
12 |
Unibank |
5 000 |
12 ay |
pulsuz |
30% |
35 gün |
2% |
1 zamin |
13 |
Access Bank |
5 000 |
12 ay |
pulsuz |
33% |
40 gün |
2% |
1 zamin |
* Bankın müştərisi olmuş şəxslərə verilir