27 C
Baku
Sunday, April 28, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Mərkəzi Bankın İdarə Heyətinə 3 üzvün namizədliyi tövsiyyə olunub

Mərkəzi Bankın İdarə Heyətinə 3 üzvün namizədliyi tövsiyyə olunub

0
Mərkəzi Bankın İdarə Heyətinə 3 üzvün namizədliyi tövsiyyə olunub

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzv seçilməsi ilə bağlı üç nəfər – Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülüb. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib.

A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.