7 C
Baku
Thursday, December 12, 2024

“CİB” mobil tətbiqi ilə dövlət ödənişlərinizi rahat edin

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlər nağdsız ödənişlərin ölkəmizdə prioritet istiqamətlərdən olduğunu bir daha təsdiqlədi. “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

“CİB” mobil tətbiqi daim yenilənir və ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə ayaqlaşmağa çalışır. Tətbiqin geniş funksionalından həm adi istifadəçilər, həm də sahibkarlar rahatlıqla istifadə edə bilərlər. Çoxsaylı ödənişlərlə yanaşı “CİB” mobil tətbiqində “Dövlət Ödənişləri” kateqoriyası mövcuddur ki, burada istifadəçilər Dövlət Yol Polisi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İpoteka Fondu üzrə ödənişlər həyata keçirə bilərlər.

“CİB” mobil tətbiqinin istifadəsi büdcə ödənişlərinin yığılmasında ödəniş kanallarının, xüsusilə mobil ödəniş kanalının sayını artırır və eyni zamanda istifadəçiyə mobil ödənişlərin danılmaz üstünlükləri və rahatlığını gətirməklə yanaşı, ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırması istiqamətində əhəmiyyətli rolunu göstərir.

“CİB” tətbiqi tamamilə ödənişsizdir və
iOS istifadəçiləri üçün http://bit.ly/cibapple Android istifadəçiləri üçün isə http://bit.ly/cibandroid linklərindən yüklənilə bilər.

Son xəbərlər
Digər xəbərlər