10 C
Baku
Thursday, December 12, 2024

SpaceX şirkəti Aya 2 turist göndərmək niyyətindədir

Banker.az saytının verdiyi məlumata görə, Amerikanın SpaceX kosmik şirkəti 2018-ci ildə 2 turisti Ayın ətrafında uçuşa göndərmək niyyətini elan edib. Bu haqda məlumat 27 fevral tarixində şirkətin saytında nəşr edilmiş bəyanatda qeyd edilib.

Şirkətdən verilən məlumatda qeyd edilir ki, Ay ətrafında uçuş edəcək şəxlər artıq bu məqsəd üçün ilkin məbləği ödəyib. Lakin bununla belə, potensial kosmik turistlərin adları hələ ki, açıqlanmır. Onlar yaxın zamanda tibbi müayinədən keçəcək, ilin sonunda isə uçuş üçün hazırlıqlara başlayacaqlar.

Həmçinin bildirilir ki, digər şəxslər də Ay ətrafına səyahət etmək niyyətində olduqlarını dilə gətirib.

Ay ətrafında uçuş etmək üçün yeni Falcon Heavy raket daşıyıcısından istifadə etmək planlaşdırılır.

Biznesmen Elon Muskın SpaceX şirkəti Falcon raketləri və Dragon kosmik yük daşıyıcıları istehsal edir. SpaxeX NASA ilə müqavilə əsasında Beynəlxalq kosmik stansiyaya yük çatdıran ilk kommersiya şirkətidir.

Son xəbərlər
Digər xəbərlər