10 C
Baku
Wednesday, December 11, 2024

POS-terminalların qlobal bazarını 2020-ci ildə nə gözləyir? – Proqnozlar

Banker.az saytının verdiyi məlumata görə, POS-terminal bazarı əmin addımlarla yüksəlir. Zion Market Research analitiklərinin təqdim etdiyi hesabatda bu sahənin cari vəziyyəti və gələcək ilə bağlı proqnozlar təhlil edilib.

2016-cı ildə bazarın gəcmi 45 milyard dollar olaraq qiymətləndirilmişdi. 5 ildən sonra (2022-ci ildə) bu məbləğ hər il 13,5% yüksələrək 98,27 milyard dollara qədər artacaq. Global Market Insights araşdırmaçıları da təqribən eyni proqnozları qeyd etmişdilər.

Hesabata görə, simsiz və mobil POS-terminallar ticarət nöqtələrinə işin effektivliyini artırmaq və sifarişlərin daha sürətlə yerinə yetirilməsi hesabına gəlirlərini artırmaq şansı yaradır.

Hesabat müəllifləri bütün dünya və pərakəndə biznesin müxtəlif sahələri üzrə POS-sistemlərin inkişafını araşdırmışlar. Araşdırılan sahələrə ticarət, mehmanxana işi, səhiyyə, əyləncə və s. aiddir. Qeyd edilən sahələr içərisində ticarət POS-terminal və POS-sistemlər üçün bazarda liderlik edən sahə elan edilib.

Son xəbərlər
Digər xəbərlər