7 C
Baku
Thursday, December 12, 2024

S&P “Azərenerji”nin reytinqini təsdiqləyib, proqnoz neqativdir

“Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli və qısamüddətli korporativ kredit reytinqini “BB/B” səviyyəsində təsdiqləyib. Agentliyin yaydığı məlumata istinadən xəbər verilir ki, reytinqlər üzrə proqnoz neqativdir.

S&P reytinqin bu səviyyədə təsdiqləməsinin əsas səbəbi kimi şirkətin dövlətlə sıx əlaqələrinin qalması ilə əlaqədardır: “İndiyədək dövlət “Azərenerji” ASC-yə likvidlik çatışmazlığı, həmçinin xarici öhdəliklərin yerinə yetirilməsi zamanı zəruri dəstəyi verib. Bizim proqnozlarımıza görə, bu praktika davam etdiriləcək”.

Agentlik qeyd edir ki, 2016-cı ilin sonuna “Azərenerji” ASC-nin xarici öhdəliklərinə (borclarına) dövlət zəmanəti verilib. “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, hökumət dövlət şirkətinə 2016-2025-ci illərdə kreditlərin ödənişi üçün zəruri maliyyə dəstəyi verəcək. Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, 2017-ci il dövlət büdcəsindən “Azərenerji” ASC-nin nizamnamə kapitalının artırılması və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. İnanırıq ki, Maliyyə Nazirliyi “Azərenerji” ASC tərəfindən xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər