2 C
Baku
Saturday, December 14, 2024

Proqnoz: Mart iclasından sonra dollar yenidən düşəcək

ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayının 14-15-də uçot dərəcəsinin artıracağı ilə bağlı ehtimallar 86%-ə çatıb. Nyu-York və San-Fransiskonun FED rəhbərlərindən sonra Dallasın da FED başçısı Robert Kaplan və FED-in İdarə Heyətinin üzvü Lael Braynard tərəfindən verilən açıqlamalarda mart ayındakı iclasda uçot dərəcəsinin artırılması əminliklə dəstəklənib. Bununla da faizlərin artırılması ehtimalı 50%-dən 86%-ə yüksəlib.

İnvestorların diqqəti FED rəhbəri Canet Yellenin martın 3-də Çikaqoda həyata keçirəcəyi çıxışına istiqamətlənib. Mart iclasından əvvəl Yellenin son çıxışı zamanı faizlərin artırılması və gələcək gözləntilər barədə siqnalların olması gözlənilir.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması ilə bağlı ehtimalların artması dolların qlobal valyuta bazarında məzənnəsinin yüksəlməsinə gətirib çıxarıb. “Report”un analitik qrupu martın 14-15-i yaxınlaşdıqca dolların bir qədər də möhkəmlənəcəyini, lakin daha sonra yenidən ucuzlaşacağını proqnozlaşdırır. İclasdan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsinin tədricən 1,08-1,10 USD/EUR səviyyəsinə çatacağı ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər