Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 7448,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 79,6 faizi xarici, 20,4 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 75,5 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.