-1 C
Baku
Saturday, December 14, 2024

Məhsullarımız Fars körfəzinin məşhur marketlər şəbəkəsində satılacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid “Made in Azerbaijan” ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz “Lulu” marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların “Lulu” marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb. Bu görüşün uğurlu nəticəsi olaraq “Lulu” marketlər şəbəkəsinin Fars körfəzi regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, “Lulu” marketlər şəbəkəsi Fars körfəzi regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər