6 C
Baku
Sunday, December 15, 2024

Dünyada 1 dollara nə almaq olar?

Avstriyanın paytaxtı Vyanada cəmi bir ədəd Kornspitz bulkası.

Filippin: yarım saat ayaq masajı, xırda balıqlardan qızartma, qısa saçlı kişilər üçün saç kəsimi, 28 “Marlboro” siqareti, 7Eleven-də qəhvə, AA tipli 3 batareya, iki saat internetdən istifadə, Mr. Donut-da 4 ponçik, taksi ilə 2 km məsafəyə gediş haqqı, 4 litr içməli su və ya çoxlu-çoxlu düyü. 

İspaniya: Kanar adalarında, xüsusən də Tenerife şəhərində 1 dollar müqabilində 1 fincan qəhvə almaq olar, lakin populyar kurortlarda bu mümkün deyil, paytaxtda bir fincan qəhvəni bir dollara tapa bilərsiniz.

Vyetnam: velosipedin 1 günlük kirayəsi, 2 fincan südlü qəhvə, Mobifone operatoru ilə 15 dəqiqə danışıq haqqı, bir boşqab Vyetnamın “Fo” supu, camaşırxana xidməti, 250 qram şəkərli zəncəfil, 40 bildirçin yumurtası, 1 ənənəvi Vyetnam şlyapası (konus şəkilli), 1-2 qəzet, 1 DVD 7 litr içməli su, Xanoe şəhərində Ədəbiyyat məbədinə 2 giriş bileti, 2 sərinləşdirilmiş Halida pivəsi, 1,25 litr benzin .

Böyük Britaniya: yarım litr benzin, iki ədəd siqar (qutusunu deyil, tək-tək), 3 alma, qəzet.

Xorvatiya: böyük dondurma porsiyası.

Danimarka: 1 litr süd, Godthaabsvej Bakery-də çiabatta və açıqca üzün marka.

Macarıstan: Budapeştdə siz 1 dollara 1 dondurma və ya dörd dənə balaca alma, 1 hamburqer, 1 açıqca, 1 qəzet və ya qədimi şəhərdə avtomobili park etmək.

Türkiyə: avtobus bileti, “Koka-kola” bankası, sendviç, bir stəkan çay, iki-üç qəzet, bir kilo portağal və ya alma, yarım kilo banan, iki butulka su (0,5 l), iki baton çörək.

İtaliya: ölkənin dərinliklərində bir şüşə ucuz şərab, 1kq spagetti və 6 şüşə mineral su və bir həb ibuprofen – ucuz şərab nəticəsində yaranan baş ağrısını götürməyə kömək edir.

Kolumbiya: Boqota şəhərində bir fincan qəhvə və bir neçə təzə bişmiş bulka.

Cənubi Koreya: Seulda bir dollara metro və ya avtobus vasitəsi ilə gəzintiyə çıxmaq olar.

Tailand: bir qallon təmiz içməli su (4litr), 1,5 litr qazlı mineral su, 1 saat mobil telefonla danışıq (yerli nömrəyə zəng etmək şərti ilə, əlbəttə ki), Bangkok Post ingilis qəzeti, Bankoqda səkkiz stansiyadan keçid), Dairy Queen –də üç porsiya yumşaq dondurma, bir boşqab məşhur taylandın düyülü karı yeməyi, bir litr benzin, bir neçə km məsafəyə taksi ilə gediş, iki litr “Koka-Kola”, Çianq-Maya küçələrində satılan qida.

Misir: koshary plate porsiyası, tərkibinə düyü, makaron, qızardılmış soğan, qarabaşaq, həmçinin də ponçik və falyafel.

Hindistan: Kəlkütdə 1 dollara doyunca yemək olar.

Kosta-Rika: papayya, ananans və ya qarpız.

BƏƏ: Jabl AL Noor restoranında şaurmanın dadına baxmaq olar.

Portuqaliya: 1 espresso (təkcə hava limanında yox).

Laos: 1 buzlu Lao pivəsi, bir sendviç (donuz əti və pendir ilə), 4 rulon tualet kağızı, 2 foncan dəmlənmiş qəhvə ya Scandinavian Bakery dükanında 2 ədəd roqalik (buynuz formasında bulka), 16 ədəd orta ölçülü banan, 1 saat internet (bəzi yerlədə hətta yarım saat), 3 litr içməli su, iki kruasan.

Avstraliya: iki həftəlik səyahət turuna çıxmaq üçün lazım olacaq qədər pul udmaq şansı verən lotereya bileti.

İordaniya: çips paketləri və ya iki fincan qəhvə

ABŞ: Los-Ancelesdə 1 baksa Blue Bus-da gəzintiyə çıxmaq və ya avtomobili 1 saatlığa pullu dayanacaqda saxlamaq olar.

Nikaraqua: 1 şüşə pivə

Argentina: Buones-Aires şəhərində 1 dollara avtobus və ya metro ilə gəzmək olar, çoxlu meyvə almaq və ya bulka yemək olar, həmçinin toxuma bilərzik də ala bilərsiniz.

Beliz: elə yol üstü qızardılmış bananlar almaq olar.

İndoneziya: Manado şəhərində 1 dollara bir tikə qızardılmış toyuq, düyü, tərəvəz, mineral su və meyvədən ibarət yaxşıca, tam nahar etmək olar.

Myanma: bir bakal buzlu qəhvə, 4 qutu yerli siqaret və ya yarım paçka “Malboro” siqareti, malyariyaya qarşı 17 günlük doksitsiklin həbi, içliyi olan 10 ədəd ponçik, 4 litr təmiz su, “Koka-kola” bankası və ya bir litr yerli Star Cola, 1 saat internet.

Kambodca: iki bakal pivə, zəncəfillə qızardılmış qurbağa, pambıq parçadan krama şərfi ( milli baş örtüyü), üç ədəd xırç-xırç qızardılmış hörümçək, 4 litr içməli su, 2 banka Kola, iki iri meyvə və ya 50 qram Danimarka pendiri. Bundan əlavə 1 dollara camaşırxanada 1q mələfə yumaq olar.

1 dolları ağılla xərcləmək istədiyiniz yer axtarırsınızsa, onda ən yaxşı yerlər Vyetna, Tailan və Flippindir.

Son xəbərlər
Digər xəbərlər