1 C
Baku
Saturday, December 14, 2024

İsrailin valyuta sistemi

İsrail dövlətinin pul vahidi şekel adlanır. Qədim zamanda bu sözün mənası qiymətli metalların dəyəri demək idi və öz kökünü “ölçmək” sözündən götürür.

Gümüşün şekeli müxtəlif dövrlərdə bu metalın 9-17 qramını təşkil edib. Bu ölçü vahidindən yalnız İsrail deyil, həmçinin qonşu dövlətlər də istifadə edirdilər.

Şekelə ölçü vahidi kimi ilk dəfə b. e. ə. II əsrə mənsub olan mənbələrdə rast gəlinir.

İsrail dövləti yaradılan zaman Fələstinin ərazisində Britaniya funtuna bağlı olan Fələstin lirası idi.

Müstəqillik əldə edəndən sonra dövlət israil lirası (israil funtu) pul vahidini tətbiq etməyə başlayır.

Ənənəvi şekelə keçid prosesi uzun illər sürür. Knesset tərəfindən şekel haqqında qanun 1969-cu ildə qəbul edilsə də, ölkə yeni pul vahidinə 1980-ci ilin fevral ayında keçir.

İsraildə güclü inflyasiya olduğu üçün şekelin dəyəri düşür və pul islahatlarına ehtiyac tələb olunur.

1985-ci ilin sentyabr ayında İsraildə yeni şekel – «şekel xadaş» – və yaxud NIS (New Israeli Sheqel) tətbiq olunmağa başlayır. Yeni İsrail şekelinin rəmzi « ₪ » işarəsidir. Şekelin standartlara görə beynəlxalq kodu: ISO 4217 — ILS .

Nağd pul ilə hesablamalar üçün 20, 50, 100 və 200 şekellik istiqrazlardan və gümüşü dizaynı olan ½, 1, 2, 5, 10 dəyərində qəpiklərdən istifadə olunur.

Bundan savayı, 10 aqorot dəyərində olan qəpiklərdə istifadə olunur. 100 aqorot bir şekelə bərabərdir.

Hökumət nağd hesablaşmaları asanlaşdıracaq 500 şekellik banknotları istifadəyə verməyə planlaşdırır.

Banknotların üzərində İsrailin görkəmli şəxsiyyətləri təsvir olunub.

Yəhudi şairlərin rəsmləri olduğu banknotların buraxılması gözlənilir.

İsrailin pul sistemi yetərincə mötəbər hesab edilir. 17 digər məzənnənin arasında o, sərbəst dönən məzənnə sayılır. Hal-hazırda şekellərin gücləndirmək tendensiyası mövcuddur.

İsrailə gələn turistlər məzənnələrini valyuta mübadilə məntəqələrində, bankların şöbələrində (Apoalim, Lemui), bankomatlarda mübadilə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər