Tanınmış amerikalı dramaturq və ssenarist Bo Uillimon “Twitter” rəhbərliyinə açıq məktub yazıb.
“Refinery 29” portalına istinadən verdiyi xəbərə görə, B. Uillimon “Twitter” administrasiyasından xahiş edib ki, prezident Donald Trampın səhifəsi silinsin. Onun fikrincə, D. Trampın “Twitter”də olması ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir: “Prezidentin səhifəsi bizim xarici düşmənlərimizi onun açıq çatışmazlıqlarından yararlanmağa şərait yaradır”.
1. Today's tantrum is just the latest example of why @realDonaldTrump & @POTUS must be removed from @Twitter. Here's my full argument…
— Beau Willimon (@BeauWillimon) March 4, 2017
Ssenarist mövqeyini 16 “tveet” şəklində ifadə edib.
Qeyd edək ki, B. Uillimon məşhur “Karton evcik” serialının ssenaristidir.