6 C
Baku
Sunday, December 15, 2024

Turizm şirkəti “dünyanın ən yaxşı işi”-ni təklif edir

Banker.az xəbər verir ki, Kanadanın Busabout turizm şirkəti təklif etdiyi iki yeni vakansiyanı “dünyanın ən yaxşı işi” olaraq təsvir edib.

Belə ki, Busabout şirkəti brend və videorejissor nümayəndəsi vəzifəsinə müvəqqəti əməkdaşlar axtarışındadır. Həmin əməkdaşlar Avropaya səfər etməli, video çarxlar çəkməli, həmçinin sosial şəbəkələrdə paylaşımlar etməlidirlər.

Brendin səfiri əyləncə və səyahəti sevən bir şəxs olmalıdır. Namizəddən tələb olunan digər xüsusiyyət isə kamera qarşısında sərbəst davranış və inkişaf etmiş nitq qabiliyyətidir. “Dünyanın ən yaxşı işi”-ndə çalışmaq arzusunda olan şəslər özü və öz bacarıqları haqqında 2-3 dəqiqəlik video çəkməli və YouTube-da yerləşdirməlidir. Vakansiyanın bitmə müddəti isə 8 mart tarixinə qədərdir.

Seçilən brend səfirləri əsas olaraq İspaniya, Fransa, Almaniya, Polşa və İtaliyaya səfər edəcək. Busabout bu səfər ərzində əməkdaşlarının yaşayış, qida və uçuş xərclərini qarşılayır. Layihə başa çatdıqda isə onları miqdarı hələ ki, açıqlanmayan həcmdə pul mükafatı gözləyir.

Son xəbərlər
Digər xəbərlər