10 C
Baku
Wednesday, December 11, 2024

“Samsung” ABŞ-da yarım milyon iş yeri açacaq

Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-da istehsala iri investisiya yatırmağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat verib.

İlkin investisiyalar 300 milyon dollar təşkil edəcək. “Samsung” məişət texnikası istehsalının bir hissəsini Meksikadan ABŞ-a köçürməyi planlaşdırır. Beləliklə, şirkət ABŞ-da təxminən 500 min yeni iş yeri yarada bilər.

Mənbənin məlumatına görə, “Samsung”un ABŞ-da istehsal yaratmaq həvəsi Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra yaranıb. Belə ki, Tramp bütün şirkətləri ABŞ-da yeni iş yerləri yaratmağa çağırıb.

“Samsung”un nümayəndəsi CNBC telekanalına bildirib ki, şirkət ABŞ-da məişət texnikası istehsalı müəssisəsinin yaradılması ilə bağlı ilkin danışıqlar aparır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər