Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd edərək CV-nizi və Portfolionuzu [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vacancy 1: Dizayner (3 aylıq)
Tələblər:
• Sənaye və Qrafik dizayn bilikləri;
• Obyektin və maqazanın erqonomik və funksional layihəsini vermə bacarığı;
• Mağaza üçün mebel və vitrin üzrə istehsalat və dizayn bilikləri;
• Mağaza üçün çöl reklamları üzrə istehsalat və dizayn bilikləri;
• Sosial şəbəkələrdə reklam bannerlərinin tərtibati;
• Qrafik proqram bilikləri: Corel Draw, Photoshop, 3dsmax.
Vəzifələr:
• Orijinal-maketlərin və reklam materiallarının hazırlanması;
• Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
• Reklam kampaniyalarının proyektlərinin hazırlanması;
• Qazet və jurnalların hazırlanması;
• Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqlarin hazirlanmasi;
• Vitrinlərin hazırlanmasında iştirak;
• Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
• Şirkətin imicinin və reklam strateqiyasının hazırlanmasında iştirak;
• Marketinq layinhələrinin vizuallaşdırılması;
• Poliqrafik məhsulların hazırlanması.
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-VI günlər, 09:00 – 18:00
• Rəqabətqabiliyyətli əmək haqqı
Vacancy 2: Məişət texnikası üzrə Usta
Zəruri tələblər:
• Paltaryuyan və soyuducu təmiri sahəsində təcrübə- 4 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır)
• Kiçik məişət texnikasının təmiri sahəsində təcrübə
• Müştərilərlə ünsiyyət qurmaq bacarığı
• Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq
• Avtomobili olan namizədlərə üstünlük veriləcək
Vəzifələr:
• Bütün növ paltaryuyan və soyuducuların yüksək səviyyədə təmiri və quraşdırılması
• Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, bazar günü – istirahət günüdür
• Əmək haqqı- 700 AZN
Vacancy 3: Telefon Təmiri üzrə Usta
Tələblər:
• Telefon təmiri sahəsində 3 ildən az olmayan iş təcrübəsi
• Diqqətlilik, məsuliyyət, və düzgünlük kimi müsbət göstəricilərə malik olması
• Ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib olması
Vəzifələr:
• Bütün növ mobil telefonların təmiri
• Müştərilərlə ünsiyyət
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahet günləri: şənbə, bazar
• Əmək haqqı: 700 AZN
Vacancy 4: Kredit Mütəxəssisi
Tələblər:
• Ali təhsil
• Bank və ya bank olmayan kredit təşkilatında “istehlak kreditləri üzrə mütəxəssis” vəzifəsində iş təcrübəsi- 2 ildən artıq
• Azərbaycan dili səlis, rus dilini bilməsi arzu olunandır
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
• Riyazi hesablama aparmaq qabiliyyəti
• Mükəmməl kommunikasiya qabiliyyəti
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Vəzifələr:
• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi
• Kredit müraciətlərinin qəbulu və analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
İş şəraiti:
– İş günləri: həftənin 6 günü
– İstirahət günü: 1 gün
– Əmək haqqı: 600 AZN-dən
Vakansiya 5: Satış Məsləhətçisi
Tələblər:
• Yaş: 18 yaşdan yuxarı
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Satış təcrübəsi arzu olunandır, lakin vacib deyil
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
Vəzifələr:
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Vakansiya 6: Mağaza direktoru
Zəruri tələblər:
- 3 ildən artıq elektronika və məişət texnikası mağazasına rəhbərlik, və ya 3 ildən artıq istehlak kreditləri sahəsində təcrübə
- Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi
- Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır
Şəxsikeyfiyyətlər:
- Liderlik xüsusiyyətləri
- Yaranmış problemləri həll etmə bacarığı
- Nəticə yönümlülük
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı
- Komandada işləmək bacarığı
Vəzifələr:
- Satış personalının və kredit bölməsinin idarəedilməsi
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması
- Assortimentin və satışın analizi
- Daxili inventarizasiyanın aparılması
- Alıcılarla iş
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki:6 iş günü, 1 gün istirahət
- Əmək haqqı- razılaşma yolu ilə
Vakansiya 7: Məişət texnikası üzrə usta
Zəruri tələblər:
- Orta ixtisas təhsili
- Paltaryuyan və soyuducu təmiri sahəsində təcrübə- 4 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır)
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq
- Avtomobili olan namizədlərə üstünlük veriləcək
Vəzifələr:
- Bütün növ paltaryuyan və soyuducuların yüksək səviyyədə təmiri və quraşdırılması
- Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü, bazar günü – istirahət günüdür
- Əmək haqqı- 700 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində vakansiyanın adını yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər