Banker.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, ingilis-holland şirkəti olan Royal Dutch Shell Kanadada neft əraziləri ilə bağlı layihələrini Canadian Natural Resources Limited şirkətinə 8,5 milyard dollar qarşılığında satır.
Shell şirkəti bu məbləğin 5,4 milyard dollarını pul vəsaiti ilə, 3,1 milyard dolları isə Canadian Natural şirkətinin səhmləri qismində əldə edəcək.
Royal Dutch Shell şirkətinin rəhbəri Ben Van Berden bildirib ki, bu müqavilə Shell portfelinin şirkətin uzun müddətli strategiyasına uyğun olaraq dəyişdirilməsində çox mühüm addımdır.
Qeyd edək ki, şirkət Athabasca Oil Sands layihəsində öz payını 60%-dən 10%-ə endirir, həmçinin Carmon Creek də daxil olmaqla, Peace River Complex aktivlərinin 100%-ni satır. Bununla belə, Shell AOSP’s Scotford layihəsinin operatoru olaraq qalacaq.






