Vergilər Nazirliyində nazir Fazil Məmmədovun əmri ilə yeni departament yaradılıb. Bunu “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransında çıxış edən Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru Natiq Şirinov deyib.
Yeni yaradılan qurum Əlaqələndirmə və idarəetmə Departamenti adlanır.
N.Şirinovun sözlərinə görə, yeni departament vergi ödəyicilərinə daha rahat xidmət göstərilməsi məqsədi ilə yaradılıb.