9 C
Baku
Thursday, December 25, 2025

Bank Sədri: Azərbaycanda 4 200 bank əməkdaş iş yerini itirib

“Azərbaycanın bank sektoru çətin vaxtlar yaşayır”. Bunu “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında çıxış edən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib:
“Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu, tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tərbiq edilsin”.elchin m e1489140317162

“Rabitəbank” sədri təklif edib ki, kommersiya banklarının SWIFT, “Visa” və “Mastercard” təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

Son xəbərlər
Digər xəbərlər