9 C
Baku
Thursday, December 25, 2025

“Azercell” 2016-cı ildə xalis mənfəətini 3,1 dəfə azaldıb

2016-cı ildə “Azercell Telecom” MMC-nin xalis mənfəəti 81,425 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 3,1 dəfə azdır. Bu barədə şirkətdən məlumat verilib.

Maliyyə hesabatına əsasən ötən il şirkətin gəlirləri 392,88 mln. manat (azalma 4,4%), xərcləri 304,387 mln. manat (artım 21,6%) məbləğində olub.

2016-cı ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 88,493 mln. manat (azalma 45%) təşkil edib.

Hesabat ilində şirkət məzənnə fərqindən 44,579 mln. manat (azalma 3,4 dəfə) gəlir əldə edib.

2016-cı ildə şirkət 53,301 mln. manat (azalma 17,6%) mənfəət vergisi ödəyib.

Qeyd olunan dövrdə “Azercell”in aktivləri 8,4% – 921,619 mln. manatadək artıb, uzunmüddətli aktivləri 2,6% – 478,481 mln. manatdək azalıb, qısamüddətli aktivlərində isə 23,6% – 443,138 mln. manatadək artım qeydə alınıb.

2016-cı ildə şirkətin öhdəlikləri 11,7% – 73,524 mln. manatadək azalıb.

Hesabat ilində “Azercell”in kapitalı 10,6% – 848,095 mln. manatadək artıb. 2017-ci ilin əvvəlinə bölüşdürülməmiş mənfəət 806,015 mln. manat (artım 11,2%) təşkil edib. Ötən il cəmiyyətin nizamnamə kapitalı dəyişməyib və cari ilin əvvəlinə 42,08 mln. manata bərabərdir.

Son xəbərlər
Digər xəbərlər