Dilbert “Əmək haqqı barəsində nəzəriyyə”sində mühəndislərin, müəllimlərin, alimlərin və proqramçıların heç vaxt biznesmenlərin və tüccarların qazandığı qədər pul qazana bilməyəcəklərini deyir.
Bu nəzəriyyə üç müddəaya əsaslanır.
Birinci müddəa: Bilik güc deməkdir (Bilik = Güc)
İkinci müddəa: Vaxt pul deməkdir (Vaxt = Pul)
Üçüncü müddəa: Hər bir məktəblinin bildiyi kimi (Güc = İş/ Vaxt)
Buradan belə bir nəticəyə gəlirik ki, Bilik = İş/ Vaxt
Vaxtı pul ilə əvəz edirik: Bilik = İş/ Pul. Və beləliklə pulların nəyə bərabər olduğunu tapırıq.
Beləliklə, biliklərin səviyyəsi sıfıra yaxınlaşanda, pulların sayı sərf olunmuş işdən asılı olmayaraq sonsuzluğa qədər artır.
Nəticə: Nə qədər az bilirsən, bir o qədər çox qazanırsan!