12 C
Baku
Monday, November 25, 2024

ABŞ-ın korporativ sektorunda nəhəng cərimələr

Son illər ərzində amerikan requlyatorları fəal şəkildə iri kompaniyaları cərimə edib və bu məbləğlər adətən rekord həddə çatıb. Qeyd etmək lazımdır ki, maliyyə və bank sektorunu nəzərə almasaq, qanunvericiliyi ən çox pozanlar əczaçı (farmaseptik) kompaniyalar olub.

BP – $4,5 milyard – noyabr 2012-ci il

Meksika Körfəzində, Deepwater Horizon platformasında baş verən qəza hadisəsi ilə bağlı neft kompaniyalarına iri cərimə ödəməlidir. Bununla yanaşı 2012-ci ildə neft nəhəngi qəzanın zərərçəkmişlərinə 7,8 milyard ödəməyə razı olub. Ödənişlərin toplam məbləği isə 42 milyard dollara çata bilər.

GlaxoSmithKline – $3 milyard – iyul 2012-ci il

Farmaseptik kompaniyası dərmanların qeyri-qanuni marketinqi ilə bağlı açılmış cinayət işinə görə özünü təqsirli elan edib, bu dərmanlar ABŞ tənzimləyici orqanları tərəfindən müsbət qəbul edilməyib. Söhbət Paxil və Wellbutrin anti-depressantlarının, həmçinin şəkər xəstələri üçün olan Avandia dərlmanlarının satışından gedir. Bundan əlavə kompaniyanın bəzi nəşrlərində bəzi dərmanların effektivliyi ilə bağlı yanlış informasiyalar verilmişdir.

Pfizer Inc. – $2,3 milyard – 2009-cu il

Bu dərman istehsalı ilə məşğul olan kompaniya isə Bextra ağrıkəsici reklamının satışı ilə bağlı açılmış cinayət işənə görə təqsiri etiraf edib. Kompaniya bu və digər dərman vasitələrinin qeyri-qanuni satışına göstərdiyi dəstəyə görə 2,3 milyard dollar cərimə ödəyib, belə ki, dərmanlardan istifadənin təhlükəsizliyi sübuta yetirilməyib.

Abbott Laboratories – $1,6 milyard – 2012-ci il

Dərman istehsalçısı federal qanunvericiliyi pozduğunu etiraf edib və 1,6 milyard dollar cərimə ödəməyə razılaşıb. Kompaniya hüquqa zidd olaraq Depakote preparatının icazəsi olmadan istifadə olunmasında iştirak edib.

Eli Lilly – $1,42 milyard – 2009-cu il

Kompaniya Zyprexa antipsicotik preparatlarınının qeyri qanuni marketinqi ilə bağlı cinayət işinin bağlanmasından ötrü Zyprexa cərimə ödəməyə razılaşıb.

Merck & Cо. – $950 milyon– 2011-ci il

Merck qeyri qanunu şəkildə ağrıkəsici Vioxx preparatının satışına dəstək göstərib, bu zaman o, hökumətə dərmanın təhlükəsizliyi ilə bağlı yanlış informasiyalar təqdim edib.

Tütün kompaniyalar– $246 milyard – 1998-ci il

ABŞ-ın beş nəhəng tütün kompaniyası Morris , RJ Reynolds, Brown & Williamson, Lorillard və Liggett & Meyers hökumətlə 246 milyard dollar cərimənin 25 il ərzində ödənilməsi ilə bağlı razılığa gəlib. Ödənişlər 2025-ci ilə qədər həyata keçiriləcək. Səbəb isə kompaniyaların satdıqları sağlamlıq üçün zərərli məhsulların uzun illər ərzində insanların səhhətinə zərər yetirməsidir.

Exxon – $900 milyon – 1991-ci il

Neft kompaniyası 1089-cu ilin mart ayının 23-də Exxon Valdez tankerinin qəza etməsi nəticəsində dağılan neftlə bağlı qaldırılan bütün iddiaları təmin etməyə razılaşıb. Sazişə əsasən kompaniya 900 milyon dollar ödəyib, amma ondan daha 100 milyon dollar tələb etmək imkanı var idi. Üstündən neçə il keçməsinə baxmayaraq, kompaniyalar hələ də bu 100 milyon dollar məsələsində razılığa gələ bilmir.

Siemens – $1,6 milyard – 2008-ci il

Siemens ABŞ və Almaniyada cərimə və penya şəklində 1,6 milyard dollar ödəmək məcburiyyətində qalıb, belə ki, şirkət biznesini inkişaf etdirmək üçün bəzi vəzifəli şəxsləri rüşvətlə əla alırmış.

Son xəbərlər
Digər xəbərlər