9 C
Baku
Thursday, December 12, 2024

“Manatın indiki məzənnəsi bazar kursu deyil”

Manatın məzənnəsi haqqında çoxlu müzakirət getdiyini hər birimiz müşahidə edirik. Biriləri, manatın möhkəmlənməsi ilə kifayətlənir, digərləri isə məsələni daha dərindən araşdırmağa çalışır.

İqtisadçı ekspert Vüqar Bayramov bu məsələ ətrafında fikirləri ilə paylaşıb.

cleardot

Aydındır ki, manatın indiki məzənnəsi bazar kursu deyil. Bazar məzənnəsi alınanadək kurs fərqli istiqamətlərdə dəyişəcək. Dünənki statusumda da yazdığım kimi, manat bazasının məhdudlaşması, əhalinin bir qisminin dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq öz valyutasını satması və eləcə də Beynəlxalq Bankın sağlamlaşdırılmasına və dollara olan tələbinin ödənilməsinə ayrıca baxıldığı üçün manat möhkəmlənir. Təbii ki, bu faktorlar olmasaydı o zaman milli valyuta son ay yarımda möhkəmlənə bilməzdi. Bu kontekstdə əhalinin dollara tələbi də azalıb. Təbii ki, əgər Mərkəzi Bank manat bazasını yenidən genişləndirməyə, dövriyyəyə yenidən manatın daxil olmasına başlasa o zaman dolların kursu yenidən yüksələcək. Hələlik bu edilmir. Amma aydındır ki, orta və uzun müddətli dövrdə manatın bazasının genişlənməsi qaçılmaz olacaq. Yəni, güman olunur ki, Mərkəzi Bankın manat bazasının məhdudlaşdırılması siyasətı qısa müddətli dövrə hesablanıb.

Yenə də əvvəllər qeyd etdiyim kimi martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə, iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlərin növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyili çətinləşə bilər. Neftin qiyməti hətta orta müddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir. Bu faktora daimi diqqət ayırmaq lazımdır.

Məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər? Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq qısa müddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman deməli növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar. Və o artış 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir. Bütün hallarda, son illər qeyd etdiyim kimi, pul valyuta səbəti formasında saxlanılması daha məqsədə uyğundur: 60 (və ya 50) faiz dollar, 20 faiz avro və 20 (və ya 30) faiz manat. Bu sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonundan sizlərin də öz qərarlarınızın yığımlarınızı valyuta risklərindən qoruya bilər.

Son xəbərlər
Digər xəbərlər