9 C
Baku
Friday, December 13, 2024

“NIKOIL Bank” öz ənənələrinə sadiq qalır

NIKOIL | Bank Novruz bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyasını keçirdi. Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat-məktəbinin valideyn himayəsindən məhrum olan 150 uşağı Azərbaycan Milli Dram teatrına dəvət olunmuşdur. Balaca tamaşaçılar bayram tamaşasından unudulmaz təəssüratlar aldılar. Novruz bayramının rəmzləri – Kosa, Keçəl və Bahar Qızı ilə yanaşı digər milli folklor qəhrəmanları uşaqları əyləndirdilər. Hər bir uşaq yaxşı əhval-ruhiyyə ilə birgə ənənəvi hədiyyə də aldı.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər