10 C
Baku
Wednesday, December 11, 2024

“Forbes”in rusiyalı milyarderlər reytinqində Leonid Mixelson birinci olub

“Forbes” jurnalının illik dərc olunan rusiyalı milyarderlərin reytinqində ardıcıl ikinci dəfə “Novateka” və “Sibura”nın sahibi Leonid Mixelson birinci olub. Onun sərvəti 18,4 mlrd. dollar (illik artım – 4 mlrd. dollar) məbləğində dəyərləndirilib. Ümumdünya reytinqində isə Mixelson 46-cı yeri tutub.

“Report” bu barədə “Interfax” agentliyinə istinadən xəbər verir.

Rusiyalı milyarderlərin reytinqində ikinci yeri (ümumdünya reyrinqində 51-ci yer) 17,5 mlrd. dollarla (+6,6 mlrd. dollar) “Rusiya poladı” konsorsiumunun prezidenti, Müşahidə Şurasının üzvü, Ümumdünya Polad istehsalçıları Assosiasiyasının sədr müavini Aleksey Mordaşov, III yeri (ümumdünya reytinqində 57-ci yer) Novolipetsk Metallurgiya Kombinatının əsas sahibi, Direktorlar Şurasının sədri Vladimir Lisin tutublar. Jurnal onun sərvətini 16,1 mlrd. dollar (+6,8 mlrd.) hıcmində dəyərləndirib.

Həmçinin, ən varlı Rusiya milyarderlərinin siyahısına Gennadi Timçenko, Alişer Usmanov, Vahid Ələkbərov, Mixail Fridman, Vladimir Potanin, Andrey Melniçenko, Viktor Vekselberq, Roman Trotsenko, Sergey Qordeyev və Aleksandr Klyaçin daxil olub.

Ümumdünya reytinqində birinci yeri “Microsoft” yaradıcısı Bill Geyts tutub. Onun sərvəti 75 mlrd. dollardan 86 mlrd. dollara yüksəlib.

Jurnalın bildirdiyinə görə, 2016-cı ildə ilk dəfə milyarderlərin sayı 2 min nəfəri keçib. Sərvəti 1 mlrd. dollardan çox olanların sayı 13% artaraq 1 810 nəfərdən 2 043 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər