6 C
Baku
Sunday, December 15, 2024

Varlı əcnəbilər üçün xüsusi vergi rejimi tətbiq olunacaq

İtaliya hökumətinin təklif etdiyi xüusi vergi rejminə əsasən, rezidentlər xaricdə əldə etdikləri bütün gəlir növləri üçün 100 min avro məbləğində illik sabit vergi ödəməlidirlər. Ölkənin vergi xidmətindən bildirilib ki, bu vergi rejmi yeni rezidentlərə, eləcə də son 9 ildə rezident olmamış keçmiş rezidentlərə aid ediləcək.

Qeyd olunub ki, İtaliyada fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər ümumi qaydada proqressiv dərəcə üzrə vergiyə cəlb olunacaq.Bununla belə burada həmin şəxslər üçün, məsələn, əmlak hədiyyə verilməsi, eləcə də vərəsəlik məsələləri ilə əlaqədar bir sıra güzəştlər nəzərdə tutulur. Hökümət tərəfindən bildirlimişdir ki, Başqalar ilə yanaşı “Brexit” hadisəsindən sonra özləri üçün vergidən yayınmağa əlverişli yer axtaran britaniyalılar da xüsusi vergiyə cəlb nəzərdə tutulur.

Vergilər Qəzeti

Son xəbərlər
Digər xəbərlər