10 C
Baku
Thursday, December 12, 2024

Yapon bankçılığı haqqında bilmədiyiniz 5 fakt

Gündoğar ölkə milli ənənələrini müasir və effektiv maliyyə menecmentinə aşılayır. Ölkənin buna necə nail olduğunu Yaponiya bankçılığına aid aşağıdakı 5 fakt ilə anlaya bilərsiniz.

Paternalizm: Maliyyə innovasiyaları geniş əhali kütləsinin sosial rifahının yaxşılaşdırılmasına imkan yaratdığı halda onlara haqq qazandırılır. Bununla belə, özəl maliyyə institutları öz köklərinə sadiq olmalı və Yaponiyanın bütün iqtisadi infrastrukturunun vacib hissəsi olaraq milli yolun sabitliyi və təhlükəsizliyi hissini formalaşdırmalıdır.

Texnolojilik: Ənənəvi pərakəndə modeli tədricən öz yerini distansion bank xidmətlərinə verir. Belə ki, Yaponiyada artıq 10-dan çox heç bir şöbəsi olmayan ixtisaslaşmış internet-bankı fəaliyyət göstərir. Bu banklarda 15 milyondan çox müştəri hesabı açılıb. Yaponiya bankı online bank xidmətlərinin fəal inkişafı məqsədi ilə bir çox bank qaydalarını yumşaldıb. Bu qərar maliyyə xidmətləri bazarında rəqabətin artması və güclü qeyri-bank ödəniş təşkilatlarının peyda olması ilə əlaqədar idi. Məsələn, yapon tənzimləyici banklara sərbəst şəkildə IT-şirkətlərə investisiya yatırmağa və online-riteylinqdə daha fəal iştirak etməyə icazə verib.

“Verbal direktivlər”: Yaponiyada banklar üçün qanunverici tənzimləyici aklar azdır və banklar öz fəaliyyətlərində Maliyyə Nazirliyinin şifahi göstərişlərinə əsaslanırlar. Bu verbal direktivlər heç bir qanun gücünə malik olmasalar da, bütün kommersiya bankları bu göstərişlərə dəqiq olaraq əməl edirlər.

Bank yatırımları: Yaponiyada depozitlər üzrə faiz dərəcələri sıfır və hətta mənfidir. Buna görə də, əhali nağd pullara üstünlük verir. Bu gün mütəmadi olaraq 10.000 yen nominalında olan banknota tələbat yaranır. İqtisadçılar belə hesab edir ki, çox sayda yapon vətəndaş pullarını evdə saxlayır. Eyni zamanda, depozitlərin minimum gəlirliliyi yaşlı insanları pullarını depozitlərdən investisiya fondlarına köçürməyə vadar edir.

“Karosi”: Yaponiyada əməksevərlik hələ də yüksək qiymətləndirilən xüsusiyyət olaraq qüvvədədir. Bu ölkədə iş yerində həddindən artıq işləməkdən dünyasını dəyişən əməkdaşlar üçün xüsusi “karosi” termini mövcuddur. Bu da ənənəvi yapon vərdişidir – bir şirkət çərçivəsində maksimum dərəcədə özünü təkmilləşdirməyə can ataraq uzun müddət iş yerini dəyişməmək.

 

Son xəbərlər
Digər xəbərlər