Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının iclasında “Parabank” ASC-nin təsis etdiyi “Para” ASC-nin bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi ilə bağlı məsələyə baxılacaq.
Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
O deyib ki, “Parabank” tərəfindən ümumilikdə 32 mln. manat həcmində qorunmayan öhdəlik icra edilib. Onun sözlərinə görə, bankın balansında olan kreditlər və səhmdarların vəsaitləri imkan veri ki, BOKT kimi fəaliyyət göstərsin.
R.Aslanlı əlavə edib ki, bank ləğv ediləndə onun kapitalı 40 mln. manat olub.
Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bankı” ASC-də qorunmayan əmanətlərin icrasına isə aprel ayından başlanılması gözlənilir.
Xatırladaq ki, “Parabank”ın lisenziyası MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv edilib. Palata bu qərarını bankın aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, təhrif edilmiş hesabatları təqdim etməsi, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi ilə izah edib./Report
Yaxın vaxtlarda “United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq
Yaxın vaxtlarda “United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq.
APA-nın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı məlumat verib.
“United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur. Bu həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı. Çünki, bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğv etmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”, – deyə R.Aslanlı vurğulayıb.







