7 C
Baku
Sunday, December 15, 2024

AccessBank-ın kapitalı 100 mln. manatı ötüb

15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mln manata artırıldı.

Buraxılmış səhmlər mövcud səhmdarlar tərəfindən paylarına mütənasib şəkildə əldə edildi və bununla onların Bankın nizamnamə kapitalında payları dəyişilməz olaraq qalır. Səhmlərin emissiya və qeydiyyat prosesi 29 mart tarixində uğurla başa çatdı.
“İndiki dəyişkən şəraitdə, kapitalın artırılması açıq-aşkar onu göstərir ki, Bank, əksəriyyəti nüfuzlu beynəlxalq maliyyə institutları olan və ən yüksək ‘ААА’ reytinqə malik səhmdarları tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edirik, mikro və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq” – AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann şərhində qeyd etdi.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.

Son xəbərlər
Digər xəbərlər