V.Q. Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 aprel 2017-ci il tarixdə Sərəncam imzalayıb. Bu barədə Banker.az Prezidentin saytına istionadən xəbər verir.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin.“
Qeyd edək ki, V. Əhmədov 7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.
XATIRLATMA: Şöhrət ordeni kimə verilir?
1. Azərbaycan Respublikasının “Şöhrət” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
- sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
- sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
2. “Şöhrət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şərəf” ordenindən sonra taxılır.