10 C
Baku
Thursday, December 12, 2024

Müştərilərlə əlaqələr və bank xidmətləri Departamenti / Satış üzrə Mütəxəssis – Caspian Development Bank ASC

“Caspian Development Bank (CDB)” ASC Baş ofis/Müştərilərlə əlaqələr və bank xidmətləri departamenti/Satış üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

– Xidmət göstərdiyi müştərilərin yeni məhsul və xidmətlərə olan tələbatı barədə mütəmadi olaraq, filial direktoruna məlumatlar verir;
– Xidmət göstərdiyi müştərilərdən sənədləri qəbul edir, yoxlayır və icra edir;
– Xidmət etdiyi müştərilərin cari hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatları aparır;
– Xidmət etdiyi müştərilərin hesabları üzrə nağdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul edir, yoxlayır və icra edir;
– Xidmət etdiyi müştərilərə cari və plastik kart hesabların açılması üçun sənədləri  qəbul edir;
– Xidmət etdiyi müştərilərin hesablarına vergi, DSMF və məhkəmə orqanların qoymuş olduqları sərəncamlarını icra edir;
– Xidmət etdiyi müştərilərin əməliyyatları barədə hesabat verilməsi üçün filial direktoruna məlumatlar verir;
– Potensial müştəri siyahılarını hazırlayır və görüşlərdə iştirak edir;
– Mövcud müştərilərə çarpaz satış qaydalarına uyğun olaraq satışı həyata keçirir;
– Həyata keçirdiyi görüşlər barəsində hesabatlar hazırlayır;
– Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və filial direktorunun təsdiqinə təqdim edir;
– Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparır;
– Filial direktoru ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;

Tələblər:

– Ali iqtisadi təhsil;
– Bankın Müştərilərə xidmət departamentində fiziki, hüquqi müştərilərə xidmətlər sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
– AR Maliyyə Bazarlarına Nəzarət Palatasının əməliyyatlar üzrə normativ aktları,qaydaları, bankdaxili prosedur və qaydalar üzrə biliklər;
– Azərbaycan, Rus dillərində sərbəst danışma qabiliyyəti;
– Analitik düşüncə tərzi;
– Kommunikativ və gülərüz;
– Operativlik, diqqət və dəqqiqlik;

CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adı göstərməklə Bankın [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Elan üzrə CV-lər 14 aprel 2017-ci il tarixinə qədər qəbul edilir.

CDB 3 aprel Vak.

Son xəbərlər
Digər xəbərlər