6 C
Baku
Monday, December 16, 2024

Ekspert: “Əcnəbilər Bakıda ev almaqda maraqlı deyil”

Ramil Osmanlı: “Əmlak bazarında dəyişiklik müşahidə olunmayacaq”

Azərbaycana turistlərin gəlməsi kirayəyə verilən evlərin qiymətinin artımına birbaşa təsir edən səbəblərdən biridir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, turist axınının əmlak bazarına təsiri əsasən kirayə bazarında aktivliklə müşahidə olunur: “Mərkəzə yaxın yerlərdə kirayəyə verilən mənzillərin qiymətində cüzi artımlar müşahidə olunur. Amma bu elə də əhəmiyyətli qiymət artımı deyil. Müşahidələr göstərir ki, xarici vətəndaşların Azərbaycanda əmlak almağa marağı o qədər də yüksək deyil. 2008-2009-cu illərdə bu maraq həddindən artıq çox idi. İndi bu maraq çox azalıb. Bu Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoruölkədəki iqtisadi vəziyyətlə bağlıdır”.

“Düşünürük ki, qarşıdakı zaman ərzində əmlak bazarında dəyişiklik müşahidə olunmayacaq. Əksinə, ilin əvvəlində ipoteka kreditlərinin bərpası nəticəsində müəyyən dinamika, nisbi qiymət artımları müşahidə edirdik. Təqribən 2-3 faizlik qiymət artımı baş verirdi. Amma bu da artıq dayanıb, bazarda stabillik yaranıb. Bu da ondan irəli gəlir ki, artıq müraciətlərin səviyyəsi əvvəlki kimi deyil. İpoteka üçün əlçatan olan mənzillərin qiymətində 2-3 faizlik artım olub. Ancaq qarşıdakı aylarda bu artımın davam edəcəyini gözləmirik” – deyə o bildirib.

 

Son xəbərlər
Digər xəbərlər