Azərbaycan bazarını daha iki xarici şirkət tərk edir.
Vergilər Nazirliyi xəbər verir ki, Sinqapurun “Gralyn Events PTE.LTD” və Türkiyənin “Elit Tasarım Dekorasyon İnşaat Ticarət Ltd.” şirkətləri Azərbaycandakı filiallarının ləğv olunduğunu elan edib.
Sinqapur şirkəti ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Rəsul Rza küçəsi,11, mənzil 28-30 ünvanına, Türkiyə şirkəti ilə bağlı isə Xətai rayonu, Seyid Əzim Şirvani,12, mənzil 14 ünvanına bildirə bilərlər.