“Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvlərinin sayı 5-dən 3-ə endirilib. Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bununla əlaqədar “Bakı Sığorta”nın səhmdarlarından biri olan Murad Arif oğlu Rəhimov DŞ-dan kənarlaşdırılıb. Xatırladaq ki, bundan əvvəl şirkətin əsas səhmdarı olan “Bank Respublika” ASC-nin İdarə Heyətinin keçmiş sədri Xədicə Həsənova da DŞ-nı tərk edib.
Hazırda rəhbərlikdə Elçin Saday oğlu Quliyev (“Bank Respublika”nın Müşahidə Şurasının üzvü – DŞ-nın sədri), Cəmil Böyükağa oğlu Məmmədov və Elmar Aydın oğlu Abasov təmsil olunur.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla “Diamond Motors”, “Subaru Azerbaijan” və “Yeni Motor” MMC-lərə, 6,9653%-i M. Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.