Mütəmadi olaraq bank filiallarına səfər edən bank müştərilərinin azalması fonunda Britaniyanın Lloyds Bank bankı yüzə yaxın bölməsində əməkdaşlarının sayını azaltmaq və kassirləri planşetli məsləhətçilər ilə əvəz etmək niyyətindədir.
Banker.az saytının BBC-ə istinadən verdiyi xəbərə görə, Lloyds, Halifax və Şotlandiya Bankı kimi maliyyə təşkilatlarının bölmələrində cəmi 2 əməkdaş və çox sayda elektron cihazlar olacaq.
Əməkdaşlar müştəriyə bütün suallar ilə bağlı kömək etmək üçün planşetə sahib olacaqlar. Müştərilər isə elektron cihazlar vasitəsilə öz depozitlərini idarə edə və video əlaqə ilə ipoteka üzrə məsləhətçidən konsultasiyalar ala biləcək.
Lloyds bankı daha əvvəl isə elan etmişdi ki, 2017-ci ilin sonuna qədər təqribən 4 minə yaxın bölməsini bağlamağı planlaşdırır.