7 C
Baku
Thursday, December 12, 2024

“AGBank” rübü 1,5 mln. manatlıq zərərlə başa vurub

“Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq olunan normativlər çərçivəsində valyuta mövqeyimizi saxlamağa çalışırıq”. Bunu açıqlamasında “AGBank” ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

“Bu o deməkdir ki, bankda aktivlər və öhdəliklər üzrə dollarlaşma səviyyəsi bərabərdir. Problemli kreditlərin geri qaytarılması ilə bağlı kifayət qədər işlər görülür. Gecikmələrə məhkəmə və icra strukturlarında işin ləngiməsi də təsir edir. Müştərilər qanunvericilikdəki boşluqlardan istifadə edərək məhkəmələrə üz tutur. Nəticədə gec-tez qaytarılmalı olan borc bir müddət sonra qaytarılır. Lakin məhkəmə prosesləri səbəbindən gecikmələr olur. Ümumilikdə, bank tərəfindən tələb olunan addımlar vaxtında atılır”, – deyə Ə. Cəlilov bildirib.

Bankirin proqnozlarına əsasən, “AGBank” cari ilin birinci rübünü təxminən 1,5 mln. manatlıq zərərlə başa vuracaq: “İlin sonuna qədər isə bu rəqəm mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”.

Sədr onu da vurğulayıb ki, bank əlavə kapitallaşmaya ehtiyac duymur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər