Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə aprel ayının ikinci valyuta hərracı keçirilib. Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 6 aprel 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb. Bu da 2016-cı ilin noyabrın 16-da olan məzənnədən ( həmin tarixdə 1.7039 idi) də ucuz olub.
Buna da bax – Bank sədri: “Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək”
Xatırladaq ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7145 səviyyəaində formalaşmışdı.