2 C
Baku
Saturday, December 14, 2024

Samsung marketinq və reklama nə qədər xərcləyir?

Texnologiya sektorundakı ən yüksək marketinq büdcəsinə sahib şirkətlərdən biri olan Samsung-un 2016-ci ildəki marketinq büdcəsi açıqlanıb.

Cənubi Koreyanın Yonhap News saytına istinadən məlumata görə, Samsung ötən il reklam və marketinq xərcləri üçün  toplamda 10,2 milyard dollar xərcləyib.Qeyd edilir ki, bu marketinq büdcəsi yalnız ağıllı telefonları əhatə etmir. Belə ki, açıqlanan bu rəqəm koreyalı texnologiya nəhənginin bütün məhsulları üçün yaradılmış bir büdcədir.10,2 milyard dollarlıq büdcənin 3,9 milyard dolları isə yalnız reklam üçün xərclənib.2015-ci ilə nisbətən reklam xərclərinin 15 faiz artıran Samsung ən çox pulu Galaxy S7 / S7 Edge və Note 7 modelləri üçün xərcləyib.Onu da qeyd edək ki, Samsung-un ən ciddi rəqiblərindən olan LG-nin də marketinq büdcəsini 2015-ci ilə nisbətən 21,4  faiz artıb.
Son xəbərlər
Digər xəbərlər