12 C
Baku
Wednesday, December 11, 2024

Neft ölkəsinin valyuta ehtiyatları sürətlə əriyir

Dünya bazarında neftin qiymətinin artmasına baxmayaraq, Səudiyyə Ərəbistanının qızıl-valyuta ehtiyatlarındakı azalma prosesi davam edir.

“Forexpf.ru” saytı xəbər verir ki, son bir il ərzində Səudiyyə Ərəbistanı Mərkəzi Bankının beynəlxalq ehtiyatları ayda orta hesabla 6,5 mlrd. dollar sürəti ilə əriyib və hazırda 500 mlrd. dollardan bir qədər çoxdur. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə neftin qiyməti 100 dollar/bareldən baha olduğu zaman S.Ərəbistanının valyuta ehtiyatları 737 mlrd. dollarla tarixi maksimuma çatıb. Son məlumatlara görə, son iki ayda ehtiyatlarda azalma müvafiq olaraq 11,8 mlrd. və 9,8 mlrd. dollar təşkil edib.

“EFG-Hermes” investisiya bankının iqtisadçılarının fikrincə, ehtiyatlardakı azalma narahatlıq doğurur, çünki azalma tempinin düşməsi müşahidə olunmur.

Qeyd edək ki, 2016-cı ildə S.Ərəbistanının büdcə kəsiri 79 mlrd. dollar təşkil edib. Almaniya “Commerzbank”ının analitiklərinin fikrincə,  S.Ərəbistanının valyuta ehtiyatlarının həcmi 350 mlrd. dollardan aşağı düşmədikcə, rəsmi Ər-Riyad milli valyuta – rialı devalvasiya etməyəcək və mövcud monetar siyasətini dəyişdirməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər